
Rusiya Prezident Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb və onu ad günü münasibətilə təbrik edib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov bunun Qazaxıstanda baş tutan müzakirələri davam etdirmək üçün yaxşı fürsət olduğunu qeyd edib.
Belə ki, telefon danışığı zamanı Ali Avrasiya İqtisadi Şurasının mayın 29-da Astanada keçirilmiş iclasının yekunları müzakirə olunub.
Putin həmçinin Paşinyana teleqram göndərib və orada Ermənistanla Rusiya arasında münasibətlərin dostluq xarakteri daşıdığını və Rusiyanın bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün Paşinyanın 51 yaşı tamam olur.
Tətbiqimizi yükləyə bilərsiniz