
“Forbes” jurnalı 2026-cı il üzrə Rusiyanın ən zəngin milyarderlərinin varislərinin reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, reytinqə “Lukoil” şirkətinin həmtəsisçisi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov başçılıq edir.
“Forbes”in hesablamalarına görə, ona düşə biləcək potensial miras payı 29,5 milyard dollar təşkil edir. Bununla belə, jurnal qeyd edir ki, 35 yaşlı Yusif Ələkbərovun hazırkı şəxsi xalis sərvəti təxminən 560 milyon dollardır. O, atası tərəfindən təsis edilən “Lukoil” şirkətində 0,2% paya sahibdir. Yusif Ələkbərov eyni zamanda “Ecto Holdinq”in də sahibidir.
İkinci yerdə “Novatek”in əsas səhmdarı Leonid Mixelsonun övladları – Viktoriya Mixelson və azyaşlı oğlu qərarlaşıb. Hər bir varis üçün hesablanan potensial pay 14,15 milyard dollar təşkil edir. Viktoriya Mixelson ailənin mədəniyyət layihələrində fəal iştirak edir və atasının yaratdığı VAC fonduna rəhbərlik edir.
İlk üçlüyü “EuroChem” və SUEK şirkətlərinin təsisçisi Andrey Melniçenkonun övladları – Tara və Adrian Melniçenko tamamlayır. Onların hər birinin potensial payı 10,2 milyard dollar həcmində qiymətləndirilir.
Reytinqin növbəti pillələrində senator və investor Süleyman Kərimovun övladları (hər biri 8,57 milyard dollar), metallurgiya maqnatı Vladimir Lisinin varisləri (8,5 milyard dollar) və iş adamı Gennadi Timçenkonun övladları (8,07 milyard dollar) yer alıb.
Rusiyanın ən zəngin milyarderi hesab olunan “Severstal”ın sahibi Aleksey Mordaşov ümumi sərvətinə görə lider olsa da, yeddi övladı arasında bölünən potensial pay səbəbindən reytinqdə səkkizinci pillədə qərarlaşıb. Onun hər bir varisi üçün hesablanan pay 5,28 milyard dollardır.
“Forbes”ə görə 2026-cı il üzrə ən zəngin 10 milyarder varisləri aşağıdakı kimi olub:
1. Yusif Ələkbərov (Vaqit Ələkbərovun oğlu) – 29,5 milyard dollar;
2. Viktoriya Mixelson və qardaşı (Leonid Mixelsonun övladları) – hər biri 14,15 milyard dollar;
3. Tara və Adrian Melniçenko (Andrey Melniçenkonun övladları) – hər biri 10,2 milyard dollar;
4. Gülnarə Kərimova, Səid Kərimov və Əminə Kərimova (Süleyman Kərimovun övladları) – hər biri 8,57 milyard dollar;
5. Dmitri Lisin, Yuri Lisin və Anastasiya Lisina (Vladimir Lisinin varisləri) – hər biri 8,5 milyard dollar;
6. Natalya Brauninq, Kseniya Frank və İvan Timçenko (Gennadi Timçenkonun övladları) – hər biri 8,07 milyard dollar;
7. Andrey Quryev və Yuliya Quryeva-Motloxov (Andrey Quryevin varisləri) – hər biri 5,4 milyard dollar;
8. İlya Mityukov, Kirill Mordaşov, Nikita Mordaşov, Mariya Mordaşova, Anastasiya Mordaşova, Daniil Mordaşov və Alena Mordaşova (Aleksey Mordaşovun övladları) – hər biri 5,28 milyard dollar;
9. Mariya Kozitsyna (Andrey Kozitsının qızı) – 5,2 milyard dollar;
10. İrina və Aleksandr Vekselberq (Viktor Vekselberqin övladları) – hər biri 5,1 milyard dollar.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz