“Zəngəzur dəhlizi mütləq inşa ediləcək” – Prezident


“Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib:
“Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top