Zidanın oğlu Dünya Kubokunda Əlcəzair millisinin heyətinə daxil edildi


Məşhur fransalı futbolçu və baş məşqçi Zinəddin Zidanın oğlu qapıçı Lukas Zidan 2026-cı il dünya çempionatı üçün Əlcəzair milli komandasının heyətinə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Fransa milli komandasını gənclər səviyyəsində təmsil edən 28 yaşlı Lukas Zidan 2025-ci ildə Əlcəzair millisində oynamaq üçün icazə alıb.
Fransalı qapıçı “Real Madrid”in gənclər akademiyasının yetirməsidir. O, həmçinin İspaniyada “Rayo Valyekano” və “Eybar” komandalarında oynayıb. Hazırda Lukas Zidanın əsas komandası “Qranada”dadır.
Qeyd edək ki, Dünya Kubokunda Əlcəzair millisi Argentina, Avstriya və İordaniya ilə eyni qrupda oynayacaq.

DİGƏR XƏBƏRLƏR

Top