Arda ÇL-nin “Mövsümün gənc oyunçusu” mükafatını qazandı


Türkiyə millisinin və İspaniya “Real Madrid”inin 21 yaşlı ulduzu Arda Gülər ​​UEFA Çempionlar Liqasında “Mövsümün gənc oyunçusu” mükafatını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat dərc olunub.
Xatırladaq ki, Arda Gülər ​​Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmasında “Bavariya” ilə səfər matçında vurduğu iki qolla gündəmə gəlmişdi.
Arda, həmçinin geridə qalan mövsüm ərzində “Real Madrid”in heyətində ümumilikdə 51 matça çıxıb, 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top