
“Ermənistanın Baş naziri Nikol Paşinyan demək olar ki, hər şeyə qadir olan bir insan, hər şey edə bilən bir növ siyasi canavar kimi təqdim olunur”.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının lideri, baş nazirliyə namizəd Samvel Karapetyan Yerevan sakinləri ilə görüşü zamanı deyib.
O Paşinyanın seçkiləri saxtalaşdırmağa çalışacağını bildirib:
“Bəli, onun seçkiləri saxtalaşdırmağa çalışacağına şübhə etmirik, amma onları tamamilə saxtalaşdıra bilməz. O, tamamilə qanunsuz lider olmağı öz öhdəsinə götürə bilməz. Paşinyanın Ermənistandakı anti-reytinqi bu gün İsraildəki Hitlerin sözügedən reytinqindən daha yüksəkdir”.
Xatırladaq ki, bir həftə sonra – iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz