
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakı İraq üzrə xüsusi elçi təyin edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti bunu “Truth Social”da elan edib.
O bildirib ki, diplomat bu vəzifələrdə həm də Suriya üzrə xüsusi elçi vəzifəsində çalışacaq.
“Suriya və İraq hökumətləri ilə strateji tərəfdaşlığımızı inkişaf etdirdiyimiz və onlarla münasibətlərimizin möhkəmlənməsinə davam etdiyi bir vaxtda, əla iş görən ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın Suriya üzrə Xüsusi Prezident Elçisi və İraq üzrə Xüsusi Prezident Elçisi təyin olunacağını elan etməkdən məmnunam”, - Tramp bildirib.
O qeyd edib ki, Barrak, həmçinin Türkiyə səfiri vəzifəsində qalacaq.
Qeyd edək ki, Barak 2025-ci ilin aprelində ABŞ-nin Türkiyədəki səfiri təyin olunub və bir ay sonra Tramp onu Suriya üzrə xüsusi elçi təyin edib.
Tətbiqimizi yükləyə bilərsiniz