
“Ermənistan çətin qaz vəziyyəti ilə üzləşə bilər və Rusiya bunun baş verməsini istəmir. Sual respublikanın bu qazı haradan alacağıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Vesti” xəbər agentliyinə müsahibəsi zamanı deyib.
“Onlara (Ermənistana – red.) sadəcə xəritəyə baxmaq, hətta indi də orada hansı boru kəmərlərinin fəaliyyət göstərdiyini görmək kifayətdir. Onda dərhal anlayacaqlar ki, Rusiya qazını kimdən alacaqlar — 30%-lik ixrac rüsumunu, bunun bazar qiyməti ilə satılacağını və vasitəçilərin də öz gəlir paylarını almaq istəyəcəyini nəzərə alsaq. Buna görə də Ermənistanda vəziyyət çox mürəkkəb olacaq. Biz bunu istəmirik”, - deyə Rusiya Baş nazirinin müavini bildirib.
Rusiyanın energetika naziri Sergey Tsivilev isə bildirib ki, Ermənistan ÜDM-i Rusiyanın güzəştləri nəticəsində artım göstərir:
“Qoy cəhd etsinlər; bu, onların seçimidir. Lakin hələlik iqtisadiyyatlarının strukturu göstərir ki, onlar qismən ucuz Rusiya enerji resursları sayəsində əhəmiyyətli ÜDM artımı yaşayırlar. Qoy onu Avropa enerji resursları ilə əvəz etməyə çalışsınlar, görək nə olacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz