
“İran xalqının hüquqlarının qorunduğundan əmin olmadığımız təqdirdə, ABŞ ilə münaqişəyə son qoymaq üçün heç bir razılaşmanı qəbul etməyəcəyik”.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bunu mayın 31-də ABŞ və İran arasında danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf deyib.
O, yenidən bu vəzifəyə seçildikdən sonra İslam Respublikasının qanunvericilik orqanının sədri kimi and içib və bildirib:
“Biz düşmənin sözlərinə və vədlərinə inanmırıq. Yeganə meyarımız öhdəliklərimizi yerinə yetirmək və konkret nəticələr əldə etməkdir”.
Qeyd edək ki, hazırda Pakistanın vasitəçiliyi ilə müharibəyə tamamilə son qoymaq üçün danışıqlar aparılır.
İranın nüvə proqramı ilə bağlı danışıqlar davam edərkən atəşkəsin daha 60 gün uzadılacağı gözlənilir.
“New York Times” qəzetinin mənbəsi razılaşmanın əldə olunduğunu, lakin İranın xaricdəki dondurulmuş aktivlərinin geri qaytarılması da daxil olmaqla bəzi məsələlərin hələ müzakirə olunmadığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz