PSJ-nin qələbəsindən sonra Fransanın 15 şəhərində mağazalar talan edilib


“Paris Saint-Germain” (PSJ) komandasının Çempionlar Liqasındakı qələbəsindən sonra baş verən iğtişaşlar zamanı xuliqanlar Fransanın 15 şəhərində mağazaları talan ediblər.
Yeniavaz.com
xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes deyib.
O bildirib ki, təxminən 15 şəhərdə pərakəndə satış məntəqələrinə hücumlar qeydə alınıb:
“Söhbət hər şəhərdə bir və ya iki mağazadan gedir. Polis tez bir zamanda talançılığın qarşısını alıb və cinayətkarları saxlayıb”.
Nazir deyib ki, ölkə daxilində baş verən iğtişaşlar zamanı indiyədək 780 nəfər saxlanılıb:
“Bundan əlavə, bir nəfər ölüb, 200-dən çox insan yaralanıb”.
Xatırladaq ki, Budapeştdə keçirilən Çempionlar Liqasının finalında Paris klubu İngiltərənin “Arsenal” klubunu məğlub edib. Əsas vaxt və iki əlavə hissədən sonra hesab 1-1 başa çatıb, PSJ penaltilər seriyasında 4-3 hesabı ilə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top