“Ermənistan xalqı diqqətli olmalıdır” − Lukaşenko


“Ermənistan xalqı Ukrayna ssenarisini təkrarlamamaq üçün diqqətli olmalıdır”.
Yeniavaz.com
BelTa-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, İrəvan nümayəndələrinin Avropa İttifaqına (Aİ) qoşulmaq və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq istəmələri ilə bağlı bir çox açıqlamaları qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirilir. Siyasətçinin sözlərinə görə, bu, Aİİ-ni alçaltmaq deməkdir:
“Ermənilər, Allah eləməsin, Ukraynada baş verənləri təkrarlamamaq üçün çox diqqətli olmalıdırlar. Ukraynada hər şey tam olaraq belə başladı. Bunu xatırlayırsınız. Beləliklə, onlar, müharibədən yeni çıxan ermənilər, çətin vəziyyətdə qalmasınlar”.

DİGƏR XƏBƏRLƏR

Top