Həkim diabetə səbəb olan vərdişləri açıqladı


Vərdişlər diabeti dərhal “yaratmır”, tədricən qlükoza mübadiləsinin tənzimlənməsini pozur.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın Dövlət Təhsil Universitetinin Fundamental Tibbi Fənlər kafedrasının baş müəllimi Aleksandr Kalyujin lenta.ru-ya bildirib.
Həkim diabetin inkişafının əsas mexanizminin insulin müqaviməti ilə əlaqəli olduğunu bildirib:
“Daimi kalori artıqlığı, şəkərli içkilərin, şirniyyatların və təmizlənmiş karbohidratların tez-tez istehlakı mədəaltı vəzinə stress yaşadır.
Zaman keçdikcə toxumalar insulinə daha az reaksiya verir və qanda qlükoza səviyyəsi yüksəlməyə başlayır. Oturaq həyat tərzi də əsas rol oynayır. İşləyən əzələlər qlükozanı aktiv şəkildə istifadə edir, buna görə də müntəzəm məşq toxumaların insulinə həssaslığını artırır. Fiziki hərəkətsizliklə qlükoza istifadəsi üçün bu fizioloji yol zəifləyir”.
O, həmçinin əlavə risk faktorlarının xroniki yuxu çatışmazlığı, daimi stress, siqaret çəkmək, həddindən artıq spirtli içki qəbulu və çəki artımını qeyd edib:
“Buna görə də diabet çox vaxt tək bir vərdişdən deyil, enerjinin bol olduğu, əzələlərin az istifadə edildiyi və bədənin tənzimləyici sistemlərinin uzun müddət həddindən artıq yükləndiyi davamlı bir həyat tərzindən qaynaqlanır”.

DİGƏR XƏBƏRLƏR

Top