Türkiyədə avtobus yandı − 8 nəfər öldü


Türkiyədə “Pamukkale Turizm” şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb.
Yeniavaz.com
xəbər verir ki, toqquşma nəticəsində avtobusda yanğın baş verib.
Yanğınsöndürmə briqadası tərəfindən söndürülən yanğında sürücü Mustafa Merdun və sərnişinlər Merve Erik, Fatma Kartal, Gülitay Boğa, Zehra Eyiol, Hayriye Arıkan, Civan Şen və 9 aylıq oğlu Eyip Miraç Şen həyatını itirib, 33 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top