“Vacib danışıqlara hazırlaşırıq” − Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin növbəti addımları ilə bağlı “xüsusi görüş” keçirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat yayıb. 
Görüşdə Prezident Aparatının rəhbəri Kirilo Budanov, Energetika naziri Denis Şmıxal və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov iştirak ediblər.
Zelenski görüşdə hava hücumundan müdafiə sistemlərinin təchizatı, dronların istehsalı və təchizatı ilə bağlı ikitərəfli müqavilələr və bir neçə formatda görüşlərə hazırlıq məsələlərini müzakirə etdiyini qeyd edib.
“Biz vacib danışıqlara hazırlaşırıq - hələlik ictimaiyyətə açıqlanmır”, - Ukrayna prezidenti yazıb.
Bundan əlavə, Zelenski əsir mübadiləsinin gücləndirilməli olduğunu deyib.
O, həmçinin Ukraynanı, xüsusən də ölkənin enerji sektorunu dəstəkləmək üçün yeni qərarlar qəbul etdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top