
Polşanın Baş naziri Donald Tusk NATO-dakı hər kəsi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin avropalılar üçün “dinc yuxu”nun sonu ilə bağlı sözlərinə ciddi yanaşmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Dünən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Aİ ölkələri vətəndaşlarının dinc yuxusunun bitdiyini deyib. NATO-dakı hər kəs nəhayət ki, bu faktları və bu sözləri ciddiyə almağa başlamalıdır”, - Tusk yazıb.
Qeyd edək ki, Medvedev bir gün əvvəl sosial şəbəkə hesabında yazıb ki, müharibə aparan dövlətlərin əhalisi kimi Aİ ölkələri vətəndaşları, xüsusən də “Kiyev rejimi” üçün dron istehsalının yerləşdiyi ərazilərdə rahat yata bilməyəcəklər. O, Rumıniyada yaşayış binasına dron düşməsi ilə bağlı şərh verib.
Tətbiqimizi yükləyə bilərsiniz