
ABŞ-də Merilin Monroya məxsus onlarla şəxsi əşya əfsanəvi aktrisanın anadan olmasının 100 illiyi münasibətilə hərraca çıxarılacaq.
Yeniavaz.com “Forbes Woman”a istinadən xəbər verir ki, iyunun 1-də “Heritage” hərrac evi Monronun yaxın dostu yazıçı Norman Rostenin ailə kolleksiyasından təxminən 80 əşyanın nümayiş olunduğu hərrac keçirəcək.
Ən dəyərli lotlar arasında dramaturq Artur Millerin evliliklərinin pozulması zamanı yazdığı əlyazma məktubu da var. Sənədin başlanğıc qiyməti 50.000 dollardır. Məktubda Miller münasibətlərini xatırlayır və həyat yoldaşının çətin emosional vəziyyətinə görə məsuliyyətini etiraf edir.
Tətbiqimizi yükləyə bilərsiniz