İranın hücumunda Küveytdəki ABŞ əsgərləri yaralandı − KİV


Küveytdəki Əli əl-Salem Hava Bazasındakı ABŞ əsgərləri İranın hücumu nəticəsində yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” bir mənbəyə istinadən məlumat yayıb. 
Qeyd edək ki, cümə axşamı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Bəndər Abbas şəhəri yaxınlığındakı hədəfə hücum etdiyi ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb.
İran tərəfi bazanın yerləşdiyi ölkəni dəqiqləşdirməyib. ABŞ Mərkəzi Komandanlığı daha sonra İranın Küveytə atdığı ballistik raketin ərəb ölkəsindəki qüvvələr tərəfindən tutulduğunu bildirib.
Nəşr xəbər verir ki, Küveyt hava hücumundan müdafiə sistemləri İran raketini ələ keçirib, lakin qırıntılar hava bazasına düşüb. 
 

DİGƏR XƏBƏRLƏR

Top