
Kanadalı Kennet Lou intihar üçün istifadə edilən kimyəvi maddələri internetdə satmaqda günahını etiraf edib.
Yeniavaz.com “CBS New”sə istinadən xəbər verir ki, Lou bu etirafı Ontario ştatının Nyumarket şəhərində keçirilən məhkəmə iclasında edib.
Lou kimyəvi maddələr qəbul edərək intihar edən 14 yeniyetməni öldürməkdə ittiham olunurdu. İntihara təhrik etməkdə və ya kömək etməkdə günahını etiraf etdikdən sonra qətl ittihamları ləğv edilib. Hökmün sentyabr ayına təyin edilməsi planlaşdırılır.
Müstəntiqlərin sözlərinə görə, keçmiş aşpaz Lou ətin qorunması üçün istifadə edilən kimyəvi maddəni internetdə reklam edib və satıb. Onlar böyük dozada qəbul edildikdə ölümcül olur.
Hüquq-mühafizə orqanları hesab edir ki, Lou ondan kimyəvi maddələr alan dünya üzrə 100-dən çox insanın intiharında iştirak edib. O, 2023-cü ilin may ayından bəri həbsdədir.
Louun kimyəvi maddələri Birləşmiş Krallıqdakı insanlara satdığı güman edilir. Britaniya hüquq-mühafizə orqanları Kanada ədliyyə sisteminə güvəndiklərini bildirərək ittiham irəli sürməmək qərarına gəliblər.
Kanada qanunlarına görə, intihara təhrik etmək və ya kömək etmək ittihamı 14 ilə qədər həbs cəzası nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz