Polşa prezidenti müdafiə nazirini axmaq adlandırıb


Polşa Prezidenti Karol Navrotski jurnalistlərlə görüşündə Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışı sərt tənqid edib.
Yeniavaz.com
“Interia.pl” portalına istinadən xəbər verir ki, prezident nazirin işini düzgün görmədiyini və səhv addım atdığını bildirib.
Portalın yazdığına görə, prezident, “Kosinyak-Kamış axmaq bir hərəkət etdi və işini görmədi” ifadəsini işlədib.
Bildirilir ki, prezidentin bu açıqlaması müdafiə nazirinin 28 may tarixində verdiyi bəyanata cavab olub. Kosinyak-Kamış deyib ki, prezidentlik vəzifəsi “kainatın mərkəzi deyil” və hökumət bütün beynəlxalq müqavilələr barədə prezidentə əvvəlcədən məlumat verməyə borclu deyil.
Qeyd edək ki, prezidentlə hökumət arasında gərginlik mayın 27-də Polşa ilə Böyük Britaniya arasında imzalanan müdafiə və təhlükəsizlik sazişindən sonra artıb. Sənədi Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıb.
Məlumata görə, Prezident Navrotski sazişin mətni ilə əvvəlcədən tanış olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top