Rumıniya Rusiyanın Konstansadakı Baş Konsulluğunu bağlayır


Rusiyanın Konstansa şəhərindəki Baş Konsulluğu bağlanacaq, baş konsul isə “arzuolunmaz şəxs” elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan bildirib.
Prezident bu açıqlamanı ölkənin Ali Müdafiə Şurasının iclasından sonra verib. İclasda Qalatsi şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi nəticəsində yaranmış vəziyyət müzakirə olunub. Nikuşor Danın sözlərinə görə, baş verən hadisə fonunda Rumıniya diplomatik cavab addımları atmağa qərar verib.
Bundan əvvəl Rumıniya Müdafiə Nazirliyi Qalatsidə çoxmənzilli binanın damına dronun düşdüyünü açıqlamışdı. Buxarest hadisəyə görə Rusiyanı məsul hesab edib. Bunun ardınca Rumıniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı diplomatik tədbirləri çatdırmaq üçün Rusiyanın səfirini XİN-ə çağırdığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top