
Asəf Hacı oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Qüyd edək ki, Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olub. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyalarını müdafiə edib. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür.
1996–2014-cü illərdə Milli Məclisin deputatı, elm və təhsil məsələləri komitəsinin üzvü olub. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezident vəzifəsinə seçilib.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən YAP Siyasi Şurasının üzvüdür.
Tətbiqimizi yükləyə bilərsiniz