
Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində avtomobil şinlərinin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, obyektdə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları müəyyən olunub.
Satışı anbarının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul edilib və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Tətbiqimizi yükləyə bilərsiniz