Putin və Lukaşenko Ermənistandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar


Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada keçirilən AİB liderlərinin görüşü çərçivəsində Ermənistandakı vəziyyətlə bağlı qısa fikir mübadiləsi aparıblar.
Yeniavaz.com
 Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onlar dünən bir neçə dəfə kənarda danışdılar. Ermənistanla bağlı qısa fikir mübadiləsi aparıldı, lakin əsaslı müzakirə aparılmadı, sadəcə vaxt yox idi”, - deyə Peskov jurnalistlərə Putin və Lukaşenkonun söhbətlərində Ermənistan məsələsinin qaldırılıb-qaldırılmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Amma eyni zamanda, qeyri-rəsmi nahar zamanı hamısı birlikdə çox yaxşı söhbət etmək, kifayət qədər uzun bir söhbət etmək imkanı əldə etdilər”, - deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top