Dişimizin 10 dostu


Dişimizin “düşmənləri” olduğu kimi dostları da var. Elə isə onlar hansılardır?
1. Pendir: Pendirin dişlərimiz üçün birdən çox faydası var. İlk növbədə, pendir ağzımızın PH balansını nizamlayır. Eyni zamanda çürüklərə qarşı qoruyaraq, yeni çürüklər əmələ gəlməsinin qarşısını alır. Şəkərli qida qəbul etdikdən sonra bir parça pendir yemək şəkərin dişləri çürütmək ehtimalını azaltmaq baxımından son dərəcə vacibdir.
2. Qatıq: Kalsium baxımından zəngin olan qatığın dişlərə olan faydalarını saymaqla qurtarmaz. İlk növbədə, qatıq periodontal xəstəliklər nəticəsində meydana gələn zəif və boş dişləri sağaltmağa kömək edir. Həmçinin, qatıq prodontal xəstəliklər nəticəsində meydana gələn diş kökü iltihabı ehtimalını azaldır. Qatıq diş itkisinin qarşısını almaqda da əvəzsizdir. Əgər siz də dişinizin sağlamlığını düşünürsünüzsə, kalsium baxımından zəngin olan qidalara (o cümlədən də qatığa) üstünlük verin.
3. Alma: Almanı qabığı ilə yedikdə bir tərəfdən dişləri möhkəmləndirir, bir tərəfdən də dişləri təmizləyir.
4. Çiyələk: Çiyələk həm dişlər üçün, həm də diş ətləri üçün faydalıdır. Eyni zamanda çiyələk diş daşlarından təbii yolla xilas olmaq üçün də əvəzsizdir. Buna səbəb isə çiyələyin tərkibində olan müxtəlif turşulardır. Bu turşular diş daşlarını əritməklə yanaşı, diş daşlarının əmələ gəlməsinin də qarşısını alır.
5. Kivi: C vitamini çatışmazlığı diş ətlərini həssaslaşdırır, bakteriyalara qarşı davamsızlaşdırır. Bu isə birbaşa dişlərdə periodontal xəstəliklər deməkdir. Buna görə də, belə hallarla qarşılamamaq üçün kifayət qədər C vitamini qəbul etmək lazımdır. Bunun üçün isə, ilk növbədə, kivini seçə bilərsiniz. Çünki kivinin tərkibində digər meyvələrlə müqayisədə daha çox C vitamini var.
6. Meyvə qurusu (və ya meyvə quruları): Meyvə qurusunun tərkibində dişi təbii yolla örtən və bakteriyalara qarşı təbii yolla qoruyan yağlar var. Bu yağların diş minasının möhkəmlənməsində də rolu böyükdür. Meyvə qurusunun çəyirdəkləri isə kalsiumla zəngindir.
7. Balıq: Balığın tərkibində olan fosfor maddəsi sümüyü möhkəmləndirən əsas maddələrindən biridir. Möhkəm sümük isə möhkəm diş deməkdir. Buna görə də, dişlərinizin möhkəm olmasını istəyirsinizsə, həftədə bir dəfə balıq yemək məsləhətdir.
8. Yaşıl çay: Yaşıl çayda olan katexin maddəsi həm ağızdakı bakteriyalara, həm də ağızdakı xərçəngə qarşı təsirlidir. Bu maddə həmçinin ağızda halitoza səbəb olan bakteriyaların neytrallaşmasında da əvəzsizdir.
9. Cəfəri: Haliltoza səbəb olan qidaları qəbul etdikdən sonra bir az cəfəri çeynəmək halitozu neytrallaşdırmaq baxımından faydalıdır.
10. Kərəviz: Kərəviz dişlərimizi iki yolla qoruyur. Birincisi, tüpürcək ifrazatını artırır və çürüklərə səbəb olan bakterayaları zərərsizləşdirir. İkincisi, diş ətlərini masaj edir və diş aralarını təmizləyir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top