
Fransanın “France Football” jurnalının versiyasına görə, 2025/26 mövsümünün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, Londonda keçiriləcək ilk “Qızıl top” mükafatlandırma mərasimi olacaq.
Həmçinin, bu mərasim 70 illik yubiley mərasimi kimi də yadda qalacaq.
Qeyd edək ki, 2025-ci ildə “Qızıl top” mükafatını Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele qazanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz