
İslandiya dünyanın ən bahalı ölkəsi kimi İsveçrəni keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveçin TT xəbər agentliyi “Viska” İslandiya məzunları həmkarlar ittifaqının məlumatlarına istinadla məlumat yayıb.
Mütəxəssislər hesablamalarında “Eurostat”ın və İslandiyanın “Sedlabanki” mərkəzi bankının məlumatlarına əsaslanıblar.
“Viska”nın iqtisadçısı Vilhyalmur Hilmarssonun sözlərinə görə, ölkədə qiymətlər İsveçrədəkindən təxminən 3% yüksəkdir.
Bu artımın böyük bir hissəsi ada iqtisadiyyatının turizmə əsaslanması ilə bağlıdır ki, bu da ölkədə xidmət sektorunda daha yüksək inflyasiyasına səbəb olur.
Digər amil isə turizm sektoru da daxil olmaqla, yüksək mənzil qiymətləridir.
Hilmarsson hesab edir ki, İslandiya əmək tutumlu sənaye sahələrindən həddindən artıq asılıdır və bu da inflyasiya təzyiqi yaratmağa davam edəcək.
“Eurostat”ın məlumatına görə, İslandiyada qiymətlər İsveçrədəkindən sonuncu dəfə 2018-ci ildə daha yüksək olub.
Tətbiqimizi yükləyə bilərsiniz