
ABŞ Prezidenti Donald Tramp iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəklədiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
Vaşinqton administrasiyasının rəhbəri Qeyd edib ki, Paşinyan onun Ermənistanda və bütün Zaqafqaziyada sülh və rifahla bağlı baxışlarımı tam şəkildə bölüşür.
Amerika lideri bildirib ki, ABŞ dövlət katibi Marko Rubio hər iki ölkə üçün bir neçə vacib razılaşma üzrə irəliləyişi təmin etmək üçün Ermənistana səfər edib.
Amerika lideri əlavə edib ki, ABŞ və Ermənistan tezliklə Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini həyata keçirməyə başlayacaqlar.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. On doqquz siyasi qüvvə Ermənistan Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib. Siyahıya əsasən, seçkilərdə 17 partiya və iki partiya bloku iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz