
İngiltərənin “Kristal Pelas” komandası 2025/26 mövsümündə Konfrans Liqasının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, İngiltərə komandası Konfrans Liqasının finalında İspaniyanın “Rayo Valyekano” komandasını 1-0 hesabı ilə məğlub edib.
Oyun Almaniyanın Leypsiq şəhərində baş tutub. Yeganə qolu 51-ci dəqiqədə Jan-Filip Mateta vurub. Onun ötürməsini Adam Uortona verib.
"Kristal Pelas" turnirin yarımfinalında Ukraynanın "Şaxtyor" (Donetsk), “Rayo Valyekano” isə Fransanın “Strasburq” komandası ilə qarşılaşıb.
“Kristal Pelas” ötən mövsüm İngiltərə Kubokunun sahibi olub. Klub həmçinin, Avropa Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, UEFA Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra Avropa klub futbolunun üçüncü liqasıdır. 2021/22 mövsümündə başlayan yarış, faktiki olaraq, Avropa Liqasının aşağı liqası kimi xidmət edir. UEFA Konfrans Liqasında əsasən Avropa Futbol Assosiasiyalarının İttifaqının üzvləri olan aşağı reytinqli komandalar iştirak edir.
Tətbiqimizi yükləyə bilərsiniz