Ukraynada azərbaycanlı mer bıçaqlanıb


Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri Hilal İsayev sinə nahiyəsindən bıçaqlanıb.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, hücumda yerli fermer şübhəli bilinir.
“Hilal İsayevə qarşı sui-qəsd çərşənbə axşamı, mayın 26-da, yerli vaxtla saat 10:40 radələrində baş verib. İlkin məlumata görə, hücum edən şəxs məmura hücum edərək ona bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb. Hadisə qəsdən adam öldürməyə cəhd kimi araşdırılır. Polis hadisənin bütün təfərrüatlarını müəyyənləşdirir”, - yerli KİV yazır.
Bildirilir ki, 61 yaşlı Hilal İsayev Azərbaycanın Lerik rayonundandır. O 2015-ci ildə “Batkivşina” Ümumukrayna Birliyi Partiyasından Dnepropetrovsk Vilayət Şurasının 7-ci çağırış deputatı seçilib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.

DİGƏR XƏBƏRLƏR

Top