
İspaniya polisi korrupsiya və qeyri-qanuni maliyyələşdirmə ilə bağlı araşdırma çərçivəsində Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi Sosialist İşçi Partiyasının (PSOE) qərargahına basqın edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, polis məhkəmə qərarı əsasında partiya binasından məlumat və sənədlər toplayıb.
PSOE rəsmiləri istintaq üçün bütün lazımi məlumat və sənədləri polisə təqdim etdiklərini və özlərinə arxayın olduqlarını bildiriblər.
Pedro Sançes hökuməti son vaxtlar partiya daxilində aparılan müxtəlif korrupsiya araşdırmalarına görə təzyiqlərə məruz qalıb. “Reuters” yazır ki, araşdırmalara Sançesin yaxın müttəfiqlərindən və ailə üzvlərindən bəziləri də daxildir.
Xatırladaq ki, Baş nazir Pedro Sançes daha əvvəl ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurasından imtina etmək qərarı ilə, həmçinin İsrailin Qəzzaya hücumlarının sərt tənqid etməsi ilə gündəmə gəlmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz