
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər ifşa olunublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Tədbirlərlə əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Əməliyyat-profilaktik tədbirlər davam etdirilir”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz