
Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2,2-ci km-də bərpa işlərinə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır:
“Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz