
Energetika Nazirliyi “Manqal” MMC (VÖEN - 1004811141) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Energetika Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə “Manqal” MMC nazirliyin sifarişi əsasında ziyafət təşkil edəcək və qarşılığında 6 480 manat alacaq.
Qeyd edək ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “Manqal” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Aydın Nəsirov, ev 11-də yerləşir. Qanuni təmsilçisi Qayıtmazov Elşən Qayıtmaz oğlu olan MMC-nin nizamnamə kapitalı 19 milyon 100 min 10 manat təşkil edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz