
ABŞ və İran tərəflərin hərbi əməliyyatlara son qoymaq barədə razılığa gəlməsindən təxminən 30 gün sonra Hörmüz boğazını gəmiçilik üçün yenidən açmaq planını müzakirə edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti Yaxın Şərqdəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilənin imzalanmasından sonrakı 30 günlük keçid dövründə İran boğazı dəniz minalarından tamamilə təmizləməyi öhdəsinə götürür.
Bu müddət bitdikdən sonra bütün ölkələrin gəmiləri marşrut boyunca sərbəst və təhlükəsiz naviqasiyaya davam edə biləcək və Tehran tranzit haqları almağı dayandıracaq.
Mənbə həmçinin əlavə edib ki, tərəflər arasında aprelin əvvəlində razılaşdırılmış atəşkəs daha 60 gün uzadılacaq. Bu iki aylıq hərbi əməliyyatlar fasiləsindən İranın nüvə proqramı üzrə birbaşa danışıqlar üçün istifadə edilməsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz