
Böyük Britaniya hakimiyyəti Rusiya əleyhinə sanksiyalar siyahısını 18 maddə ilə genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat dərc olunub.
Məlumata görə, buraya Gürcüstan, Qırğızıstan, BƏƏ, Panama və Salvador şirkətləri də daxildir.
Sənəddə aşağıdakı şirkətlərin sanksiyalara məruz qaldığı bildirilir: “Nueva Cryptologia” (Salvador), “Arvix” (Gürcüstan), “Rapira” (Gürcüstan), “Eurasian Savings Bank” (Qırğızıstan), “Bitpapa” (BƏƏ), “Sooty Limited” (Marşal Adaları), “Aifory” (Gürcüstan), “State Brokerage Company” (Qırğızıstan), USDKG (Qırğızıstan), “Huobi Global” (Panama) və “Exmo Exchange” (Böyük Britaniya).
Siyahıya həmçinin Rusiyanın “Diamant Estate”, “Trace Road” və “Alistair” şirkətləri də daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz