Bu şəxslərə dövlət mükafatı verildi – Sərəncam


Prezident İlham Əliyev Dövlət Mükafatlarının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:
2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Elm sahəsi üzrə
Asəf Hacı oğlu Hacıyev “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə;
Tarix Meyrut oğlu DostiyevOrta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə.

Mədəniyyət sahəsi üzrə
Eldar Hidayət oğlu Mikayılzadə“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə”.

DİGƏR XƏBƏRLƏR

Top