
Ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri və fərdi təsərrüfatlar tərəfindən ümumilkdə 41 min 436,3 ton kartof istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istehsal olunan kartofun 41 min 320,1 tonu kənd təsərrüfatı müəssisələrinin, 116,2 tonu isə fərdi təsərrüfatların payına düşüb.
Qeyd edək ki, kənd təsərrüfatı müəssisələri tərəfindən istehsal olunan kartofun bir kiloqramının maya dəyəri 15 qəpik, fərdi təsərrüfatlar tərəfindən istehsal olunan kartofun bir kiloqramının maya dəyəri isə 34 qəpik olub.
Onu da bildirək ki, açıqlanan rəsmi məlumatlara görə ötən il Azərbaycanda yerli kartofun bir kiloqramının pərakəndə satış qiyməti 1 manat 15 qəpik olub.
Açıqlanan məlumatlardan belə görünür ki, 2025-ci ildə Azərbaycanda kartofun pərakəndə satış qiyməti maya dəyərindən 7,7 dəfə yüksək olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz