40 mindən çox nişansız tütün məmulatı aşkar edildi


Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top