
Avropa İttifaqı (Aİ) “Google”ın ana şirkəti olan “Alphabet”ə yüz milyonlarla avro məbləğində böyük bir cərimə tətbiq etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti Avropa Komissiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, qətnamə layihəsi üzərində iş son mərhələdədir və Avropa Komissiyası yay tətilinə çıxmamışdan əvvəl rəsmi açıqlamanın elan edilməsi gözlənilir.
Qəzet əlavə edir ki, bu, Aİ-nin Rəqəmsal Bazarlar Qanununun (DMA) pozulmasına görə, tətbiq etdiyi ən böyük cərimə olacaq.
Rəsmi olaraq 2025-ci ilin mart ayında başlanan araşdırma “Google”ın axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməsi ilə bağlı şübhələrdən irəli gəlir.
Tənzimləyicilər şirkətin dünyanın ən populyar axtarış sisteminin yerli qanunlara tam uyğun olmasını təmin etməyə çalışırlar.
Tətbiqimizi yükləyə bilərsiniz