İranla müqavilənin mətninin hazırlanması bir neçə gün çəkə bilər – Rubio


İranla sülh müqaviləsinin mətninin yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.
Yeniavaz.com
“France-Presse” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Hindistanın Caypur şəhərində təyyarəsində jurnalistlərə bildirib.
Agentliyin məlumatına görə, Rubio İranla bağlı danışıqların əvvəllər Qətərdə aparıldığını qeyd edib.
“Görək, irəliləyiş əldə edə biləcəyikmi?”, - deyə o qeyd edib.
Dövlət katibi həmçinin qeyd edib ki, müzakirələrin əsas hissəsi ilkin mətnin dəqiqləşdirilməsinə istiqamətlənib.
Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp artıq razılığa nail olmaq istəyini ifadə edib.
Dövlət katibi həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpa edilməsinin vacibliyini qeyd edərək, onun bu və ya digər şəkildə açılacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top