ABŞ İrana qarşı yenidən hücuma keçdi


ABŞ İranın cənubuna yeni zərbələr endirdiyini, İran raket mövqelərini və mina yerləşdirməyə çalışan qayıqları hədəf aldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bidirilib ki, zərbələr “zünümüdafiə məqsədilə həyata keçirilib və məqsəd İran qüvvələrinin yaratdığı təhdidlərdən ABŞ qoşunlarını qorumaq olub.
“ABŞ ordusu iki ölkə arasında davam edən atəşkəs dövründə təmkinli davranaraq öz qüvvələrini müdafiə etməyə davam edir”, - Mərkəzi Komandanlığın sözçüsü kapitan Tim Hokins bildirib.
İran rəsmiləri, hələlik, ABŞ hücumu ilə bağlı açıqlama verməyiblər.
“Bu hadisələrin ABŞ və İran arasında mümkün sülh sazişinə necə təsir göstərəcəyi hələ məlum deyil. Zərbələrdən sonra ABŞ dövlət katibi Marko Rubio razılaşmanın hələ də mümkün olduğunu bildirib”, - BBC yazır.

DİGƏR XƏBƏRLƏR

Top