Bakıdan Tbilisiyə ilk sərnişin qatarı yola düşdü


6 illik fasilədən sonra Bakı–Tbilisi arasında sərnişin qatarlarının hərəkəti yenidən bərpa olunub.
Yeniavaz.com 
APA-ya istinadən xəbər verir ki, bu gün ilk sərnişinlər yenilənmiş marşrut üzrə yola düşüblər.
Xatırladaq ki, 2019-cu ildə Bakı–Tbilisi–Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istifadədən çıxarılıb. Hazırda reyslər müasir “Stadler” vaqonları ilə həyata keçirilir.
Qatar 23:10-da yola düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top