
Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
Dağıntı və insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz