
2025-ci ilin oktyabr ayında atəşkəs sazişi qüvvəyə minəndən bəri Qəzza zolağında 900-dən çox insan ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında deyilir: “Atəşkəsdən bəri 904 nəfər həlak olub, 2713 nəfər yaralanıb”.
Bəyanata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalarda altı nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Qəzza zolağında İsrail ilə HƏMAS hərəkatı arasında atəşkəs sazişi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib.
Tətbiqimizi yükləyə bilərsiniz