
Bu ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrdən 207 min 472 ədəd hava ilə doldurulmuş top idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan topların ümumi gömrük dəyəri 175 min 330 dollar təşkil edib. Xaricdən gətirilən bir ədəd topun orta gömrük dəyəri təxminən 1,18 dollar (2 manat) olub.
Məlumat üçün qeyd edək ki, idxal olunan topların 96,9%-i və ya 201 min 14 ədədi Çinin payına düşüb. Çindən gətirilən topların ümumi dəyəri 144 min 280 dollar olub. Bu ölkədən idxal edilən bir ədəd topun orta gömrük dəyəri 72 sent (1 manat 22 qəpik) təşkil edib.
İdxal olunan toplar ən baha qiymətə İtaliyadan gətirilib. Bu ölkədən cəmi 6 ədəd top gətirilib və bir ədəd topun orta gömrük dəyəri təxminən 90 manat 61 qəpik olub. Ən ucuz toplar isə Özbəkistandan gətirilib. Özbəkistandan 2 000 ədəd top gətirilib və bir ədəd topun orta gömrük dəyəri təxminən 54 qəpik olub.
Qeyd edək ki, idxal olunan topların hansı idman növlərinə (futbol, voleybol, basketbol və s.) aid olduğu açıqlanmayıb.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz