
“Real Madrid” oyunçularından heç kim İspaniya millisinin Dünya Kuboku üçün heyətinə daxil edilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İspaniya millisinin mətbuat xidmətinin bəyanatında öz əksini tapıb.
Yekun heyətə 26 nəfər daxil olub ki, onlardan 8-i “Barselona”nı təmsil edir. Ümumilkdə, heyətə qapıçılar Unai Simon (“Atletik Bilbao”), David Raya (“Arsenal”, İngiltərə), Joan Qarsiya (“Barselona”); müdafiəçilər Pau Kubarsi, Erik Qarsiya (hər ikisi “Barselona”), Emerik Laport (“Atletik”), Mark Kukurella (“Çelsi”, İngiltərə), Alexandro Qrimaldo (“Bavariya”, Almaniya), Mark Pubill, Markos Lorente (hər ikisi “Atletiko Madrid”), Pedro Porro (“Tottenhem”, İngiltərə); yarımmüdafiəçilər Pedri, Qavi, Dani Olmo (hamısı “Barselona”), Fabian Ruis (PSJ, Fransa), Martin Subimendi, Mikel Merino (hər ikisi “Arsenal”, İngiltərə), Rodri (“Mançester Siti”, İngiltərə), Aleks Baena (“Atletiko Madrid”); hücumçular Mikel Oyarsabal (“Real Sosyedad”), Lamin Yamal, Ferran Torres (hər ikisi “Barselona”), Niko Uilyams (“Atletik Bilbao”), Yeremi Pino (“Kristal Pelas”, İngiltərə), Borxa İqlesias (“Selta”), Viktor Munyos (“Osasuna”) daxil olub.
Qeyd edək ki, İspaniya milli komandası dünya çempionu (2010) və dördqat Avropa çempionudur (1964, 2008, 2012, 2024). Turnirdə İspaniya H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.
Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz