Bir neçə sahəni sınamaq uğur şansını artırır


Uğur qazanmaq üçün uşaqlıqdan tək bir sahəyə bağlanmaq yox, bir neçə fərqli sahəni sınamaq daha faydalı ola bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma çərçivəsində elm, idman, musiqi və şahmat sahələrində 34 min 800-dən çox uğurlu şəxsin karyera inkişafı təhlil edilib.
Nəticələr göstərib ki, bu insanlar uşaqlıqdan bir istiqamətə kilidlənən yox, zamanla fərqli sahələri yoxlayaraq öz yolunu tapan şəxslərdir.
Araşdırmaya görə, erkən yaşda yalnız bir sahəyə fokuslanmaq əvəzinə müxtəlif fəaliyyətlərə qoşulan gənclər daha sonra həm uyğun peşəni tapmaqda, həm də geniş bacarıq qazanmaqda üstünlük əldə edirlər.
Alimlər bunu 3 səbəblə izah edir: insan bir neçə sahəni sınayanda özünə uyğun işi daha tez tapır, bacarıqları daha sürətlə artır və tək istiqamətdə qalmadığı üçün tükənmə riski azalır.
Mütəxəssislər hesab edirlər ki, gənclərə tək bir sahəyə erkən yönəlməkdənsə, müxtəlif sahələri sınamaq imkanı verilməsi gələcəkdə daha yüksək səviyyəli peşəkarların yetişməsinə şərait yarada bilər.

DİGƏR XƏBƏRLƏR

Top