ABŞ Əraqçiyə viza vermədi

 
İranın xarici işlər naziri Abbas Əraqçi viza problemi ilə əlqədar Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək.
Yeniavaz.com
ISNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai bildirib.
“Bütün şərtlər nəzərə alınmaqla, bu səfər baş tutmayacaq. Bundan əlavə, Amerika vizamızla bağlı problemimiz var”, - o əlavə edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclası mayın 26-da keçiriləcək. Əraqçi tədbirə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin tərəfindən dəvət olunub.

DİGƏR XƏBƏRLƏR

Top