
Bu ilin may ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 389 nəfər işçi çalışıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 4 ayı ərzində bank işçilərinin sayı dəyişməz qalıb. Belə ki, ötən ilin 31 dekabr tarixinə olan məlumata görə bank işçilərinin sayı 27 min 389 nəfər olub.
Qeyd edək ki, son 4 ay ərzində ölkədə bank filiallarının sayı 502-dən 505-ə yüksəlib, bank şöbələrinin sayı isə 87-dən 85-ə düşüb.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı son 4 ayda 3 486-dan 3 498-ə yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz