
“Bavariya”nın hücumçusu Harri Keyn 2025/2026 mövsümünün sonunda “Qızıl buts” mükafatını alacaq.
Yeniavaz.com xəbər verir ki, 32 yaşlı ingilis Bundesliqada 31 oyunda 36 qol (72 xal) vuraraq, Avropanın liqadakı ən çox qol vuran oyunçusu olub.
Bu reytinqdə ikinci yeri Premyer Liqada 27 qol (54 xal) vuran “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holan tutub.
“Real Madrid”in hücumçusu Kilian Mbappe isə La Liqada 25 qolla (50 xal) ilk üçlüyü tamamlayıb.
Bu, Keynin sayca ikinci “Qızıl buts” mükafatı olacaq. O, “Bavariya”dakı debüt mövsümündə də (2023/2024) 36 qol vuraraq, mükafatı qazanmışdı.
Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz